Dəyişdi
22 Oktyabr 2020 16:40 MədəniyyətMüharibə təməlin qoyan kəs, nə dəyişdi?
Öldü, getdi, dünyanın sükutunu dəyişdi.
Rəhmət də qazanmadı, cəhənnəmdə əzildi,
Cəhənnəmə dözməyib, ruh dünyasın dəyişdi.
Yurdumu zəbt edənlər, sazişlərin dəyişdi,
Sülhə razılıq verib, sözlərini dəyişdi.
Ali Baş Komandanım namərdliyi görüncə,
"İrəli!" əmri ilə vəziyyəti dəyişdi.
Zəfərləri görüncə, abu-havam dəyişdi,
Sevincdən gözlərimdə qəm yaşları dəyişdi.
Zirvədə dalğalanan bayrağımı görüncə,
Ruhum qidalanaraq, əzabları dəyişdi.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31