Vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edildi

Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətinin, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilmişdir.

Olaylar.az bildirir ki, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir : Hekayə, esse və poeziya (şeir)        

Qeyd edək ki, müsabiqəyə esse və şeirlərin qəbulu üçün son tarix 25.11.2020, hekayələrin qəbulu üçün isə 30.11.2020-dir. Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 493 42 94

İştirakçılar tərəfindən əsərlər elektron poçt ünvanına göndərilməlidir: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31