“Aygün xanım gündə müsahibə verəcək, biz də onun hər kəlməsinə münasibət bildirəcəyik?”

Xalq artisti Aygün Kazımova Brilliant xanımın onun haqda səsləndiriyi fikirlərə münasibət bildirərkən yenə də səs-küy yaradıb

Xalq artisti verdiyi açıqlamaların birində Brilliant Dadaşovanın mayın 29-da "Apar Məni"adlı solo konsert üçün özünü reklam etdiyini deyərək ona ismarıc yollayıb:"Ay canım-gözüm Brilliant, deyərdin, çıxıb sənin konsertini reklam edərdim də" deyə münaisbət bildirib". Qarşı tərəfin də bu məsələyə münasibətini öyrənmək üçün Brilliant Dadaşova ilə əlaqə saxladıq. Dəstəyi qaldıran müğənninin mətbuat katibi Seymur Zəkaryaev hadisələrə belə münasibət bildirib: "Aygün xanım gündə müsahibə verəcək, biz də onun hər kəlməsinə münasibət bildirəcəyik? Brilliant xanım hazırda həm dövlət tədbirlərinə, həm də ki, mayın 29-da Heydər Əliyev adına Respublika Sarayında baş tutacaq "Apar Məni" adlı konsertinə hazırlaşdığı üçün belə xırda məsələlər haqda danışmaq istəmir. Brilliant xanımın buna vaxtı da yoxdur. Aygün Kazımovaya isə sadəcə uğurlar arzulayırıq". Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova hazırda "Apar Məni" adlı yeni konsertinə hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31