Ədəbi dildə mövcud olan qüsurlar araşdırılacaq
2 May 2013 16:21 MədəniyyətMirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" adlı layihə həyata keçirir. "OLAYLAR"-a daxil olan məlumata görə, 3 ay davam edəcək layihə çərçivəsində fond tərəfindən monitorinqlər aparılacaq, bu sahədə mövcud olan qüsurlar araşdırılacaq. Layihə çərçivəsində görüləcək işlərlə əlaqədar olaraq mayın 6-da Mirzə Ələkbər Sabir Fondu tərəfindən təqdimat keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31