Justin Bieber Türkiyədə polisləri ayağa qaldırdı
Türkiyədə konsert vermək üçün bu ölkəyə gələn amerikalı müğənni Justin Bieber hava limanında şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edərək böyük olay yaradıb
2 May 2013 15:41 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hava limanında yoxlama qeydiyyatından imtina edən məşhur müğənni onun üçün ayrılan şəxsi avtomobilə minərək məkandan uzaqlaşmağa cəhd edib. Bu arada hava limanı rəsmilərinin, polislərin təqibinə məruz qalan məşhur avtomobilindən enmədən şəxsiyyət vəsiqəsini göstərib. Türkiyəyə şəxsi təyyarəsi ilə gələn məşhurun mühafizə xidməti də güclü təşkil edilmişdir. Mühafizə qrupu Justinin fotqraflar tərəfindən görüntülənməsinə də mane olaraq, jurnalistlərin işini əngəlləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31