Acunun sevgilisi 3 aylıq hamilədir

Şeyma Şubaşı məşhur televiziya aparıcısı Acun İlicalının dördüncü övladını dünyaya gətirəcək

"OLAYLAR"ın verdiyi məlumata görə, 2011-ci ildə Acunun rəsmən həyat yoldaşı Zeynebdən boşanmasına, tərəflər arasında nifaqa səbəb olan sevgilisi Şeyma aparıcı ilə artıq beş ildir ki, bir yerdədir. Qeyd edək ki, 2010-cu ildə öncəki həyat yoldaşı Zeyneb Acunun ona məhz  Şeyma ilə xəyanət etməsini iddia edərək məhkəməyə ərizə təqdim etmişdir. İddia ərizəsində Zeyneb Acundan 50 milyonluq sərvətinin yarısını, ayda 30 min türk lirəsi dəyərində təzminat ödəməsini qeyd edib. Bu vaxtacan üç qız övladına sahib olan məşhurun növbəti övladının qız və ya oğlan olması isə hələ ki, sual altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31