Yazıçı Arda Erel erməni TERRORÇULARI DƏSTƏKLƏDİ - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter" hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.
14 Oktyabr 2020 16:18 MədəniyyətXəbər verdiyimiz kimi, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter" hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.
Erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşan Şafak HDP-nin erməni əsilli deputatına təşəkkür edib.
Onun ardından Simon Mağakyanın ifasını daha bir türk yazıçısı Arda Erel də özünün "Twitter" səhifəsində paylaşıb.
Olaylar.az xəbər verir ki, Erel həmin paylaşımını şərh edərək sülh tərəfdarı olduğunu bildirib:
"Azərbaycan və Ermənistan arasındakı gərginlik müharibəylə deyil, yalnız barışıq, anlaşma və dostluqla mümkündür. Müharibə qazandırmaz, sadəcə insanları bölər, canavarlaşdırar, nifrəti artırar. Qarabağda xəsarət görən kilsədə sənət... Barışığa, anlaşmaya ehtiyac var..."

Bu addımına görə azərbaycanlılar tərəfindən qınaq atəşinə tutulan yazıçı paylaşımını silib və onu qınayanla "Azərbaycanda yaşayıb məni anlamaq istəyənlər üçün son dəfə yazıram" deyərək açıqlama verib:

"Dünəndən bəri çox sevdiyim Azərbaycan xalqı tərəfindən hədəf alınaraq linç olunduğumu dərin üzüntüylə izləyirəm. Azərbaycandakı qardaşlarım məni yanlış anlayıb mənə qəzəblənsələr də, mən onların çətin günlər yaşadığını düşünürəm və onları dostluq və sevgiylə salamlayıram.
Heç vaxt müharibənin, qətliamın, insanlara qarşı fiziki və ya psixoloji zorakılığın tərəfdarı olmamışam və olmayacağam. Hər ölkənin öz içərisində hüzurlu və xoşbəxt yaşamasını, şəhid verməməsini istədiyim, insan haqlarına əhəmiyyət verdiyim bir dünya görüşüm var.
Dünyada baş qaldıran sağcılıq, millətçilik və fundamentalizm səbəbindən qütbləşmişik və insanı "insan" deyil, gəzən siyasi bir obyekt kimi görürük. Halbuki, hamımız, irqlərimizdən əvvəl, ilk öncə insanıq. Lakin bir-birimizi görə bilmirik. İnsanları ümumiləşdirmələrlə dəyərləndiririk, siyasi səbəblərlə hər kəsi işarələyirik. Halbuki mən əsla Azərbaycanda yaşayanların düşündüyü kimi tərəf tutmamışam və Ermənistanın barışıq istəməsini və ona uyğun hərəkət etməsini şərt bilərək barışığın, anlaşmanın tərəfini tutdum. Artıq kimsənin həyatını itirməməsini istəyirəm. Həyatını itirən hər kəsə də başsağlığı verirəm. Çox təəssüf edirəm. Belə yanlış anlaşılmağı heç istəməzdim.
Sevgilərimlə. Arda Erel"