Dövlət mənəm-     Ali Baş Komandan İlham Əliyevə   ithaf olunur- YUNUS OĞUZ

    Ali Baş Komandan İlham Əliyevə     ithaf edirəm

Torpağımçün savaşaram

Addım-addım,

Əli yalın olsam belə

Gözlərimi silah edib

vuruşaram

Dövlət mənəm!

Uçağınla bu dünyanı

Qarış-qarış

dolaşaram

Dövlət mənəm!

Ağrıların çəkənəm

Torpağını əkənəm

Daş-divarın tikənəm

Dövlət mənəm

Yad torpaqda bir qarış da gözüm yox

Bu torpağa düşmən ayaq basacaqsa

Silahım var,

Sözüm yox...

Haqsız-haqsız

Üzərimə yeriyənə

Dözüm yox

Dövlət mənəm!

Nə gözəl- Dövlət olmaq

Haqqı-ədalət olmaq

Əsgər  şücaət  olmaq

Dövlət mənəm!

Dövlət sənsən!  

Dövlət bizik! 

Y.Oğuz

12.10.2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31