Hollivuda nifrət edən əfsanəvi aktrisa öldü VIDEO

Dina Durbin bir neçə gün öncə vəfat edib

Ötən əsrin 30-cu və 40-cı illərinin əfsanəvi Hollivud ulduzu Dina Durbin öldü. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, aktrisa 91 yaşında dünyasını dəyişib. Oğlu Piter X.Devid anasının bir neçə gün öncə vəfat etdiyini bildirib.
Durbin 4 dekabr 1921-ci ildə Kanadada doğulub. Mavi gözlü əsmərin artıq 14 yaşından pərəstişkarları vardı. Hansıki bu pərəstişkarlar arasında Uinston Çerçill də vardı. Onun ilk işi kiçik orkestrin nəvəsindən bəhs edən 11 dəqiqəlik "Hər bazar" musiqili komediyasında idi. Dina 1939-cı ildə Mikki Runi ilə birlikdə Amerika Kinoakademiyasının gənc "Оскар"ına layiq görülüb.
Durbin karyerası dövründə tammetrajlı filmlərlə yanaşı çoxsaylı müzikllərdə və komediyalarda oynayıb.Dina Durbin aktyorluq karyerasını Hollivudun ən bahalı qadın aktrisa olduğu bir vaxtda - 29 yaşında buraxıb. Ehtimal edilir ki, onun bir film üçün qonararı 320 min dollara qədər idi.
1948 - 1949-cı illər kinodivanın həyatının ən ağır illəri olur. "Universal Pictures" şirkəti gənc qız rolu üçün artıq yararsız olduğunu əsas gətirib onunla müqaviləni ləğv edir. Həmin ərəfələrdə Dina ikinci əri ilə boşanma mərhələsində idi. Üçüncü əri fransız kinorejissoru Şarl David aktrisanın xilaskarı olur və onlar tezliklə evlənərək Parisə köçürlər. Dina Darvinin çəkilişlərdən qazandığı pullar uğurla biznesə qoyulur və bununla da onlar təminatlı həyat tərzi yaşamaq imkanı əldə edirlər.
Şarl David 1999-cu ildə vəfat edir və Dina Durbin ömrünün qalan hissəsini Parisin ətrafındakı Nolf-le-Şato şəhərciyində yaşayır.
O, ümimiyyətlə 1950-ci illərdən tərki-dünya həyat tərzini yaşayır. Müsahibələr verməyən Dina Durbin, ancaq hərdən-bir "Mən Hollivuda nifrət edirəm!" deyə bəyan edirdi.
Kiçik planet N4389 Durbinin adı ilə adlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31