Dağlar...
8 Oktyabr 2020 15:31 MədəniyyətDağlar, ulu dağlar, səfalı dağlar,
Heç kəs bilməyibdir, neçədir yaşın.
Çiçəyi, bitkisi şəfalı dağlar,
Vüqarlıdır göylərə ucalan başın.
***
Göz oxşayan Böyük Qafqaz dağları,
Havası xoş olan Şəki dağları,
Dağlar keşikçisi Gədəbəy dağı,
Bənzərsiz, rəngarəng Xızı dağları!
***
Ölkəmin dağı var ki, qəlbləri dağlar,
İndi lalə küsüb, bitməz o dağda.
Buludlar da ağlar, göylər də ağlar,
Şuşanın dağları qəmdən qan ağlar.
***
Rənglər sanki küsüb, qarışıbdılar,
Hanı göy, qırmızı, bəs yaşıl hanı?
Qəm yemə, çəkilər qara buludlar,
Tanıyar hər kəs Azərbaycanı!..
Gülnarə Əlibalayeva
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi işçisi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31