Aygün Kazımova bahalı avtomobilinin sirri haqda danışdı
1 May 2013 19:24 MədəniyyətXalq artisti Aygün Kazımovanın mətbuat xidməti avtomobilin hansı vəsait hesabına alınması haqda "OLAYLAR"a məlumat verib: "Aygün xanımın yeni avtomobillərinin hansı vəsait hesabına alınması haqda bizə çoxsaylı suallar ünvanlanıb. Qeyd edək ki, bu avtomobillər Snup Doqla imzalanan müqavilənin birinci hissəsindən əldə edilən qonorar vasitəsi ilə alınıb".
Xatırladaq ki, həftə ərzində özünə iki avtomobil alan Xalq artistinin bir neçə gün əvvəl aldığı 2013-cü ilin modeli olan qırmızı rəngli "Cadillac" ATS markalı maşının qiyməti 70 min AZN civarındadır. Ötən gün aldığı, Chevrolet Camaro markasında 2013-cü ilin modeli olan avtomobilinin qiyməti isə 50 min AZN-dir. Xalq artisti avtomobili üçün 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün də nə az, nə çox 15-20-min AZN-dən keçib.