Məşhur blogerimiz ölkəmizə dəstək çağırışı etdi
Rusiyanın tanınmış Azərbaycan əsilli blogeri Hüseyn Həsənov ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.
7 Oktyabr 2020 11:38 MədəniyyətRusiyanın tanınmış Azərbaycan əsilli blogeri Hüseyn Həsənov ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.
Olaylar.az xəbər verir ki, bu barədə bloger İnstaqram hesabında paylaşım edib.
"Böyük izləyici kütləm var və mən insanları milli mənsubiyyətə görə bölmürəm. Xahiş edirəm ki, mənim sözlərimə anlayışla yanaşasınız. Ermənistana qarşı düşmən formalaşdırmaq niyyətim yoxdur, öz millətimi təmsil edirəm, mən azərbaycanlıyam və bununla fəxr edirəm... Azərbaycan haqq-ədalət tərəfdarıdır və o, işğal olunmuş ərazilərini geri qaytarır", - o bildirib.
Qeyd edək ki, Hüseyn Həsənov 15 milyonluq izləyiciyə sahibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31