Heydər Əliyevin xatirəsi anılacaq

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, mayın 2-də Abşeron rayonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə şair, yazıçıların, elm, mədəniyyət və ictimai xadimlərin Abşeron rayon sakinləri ilə görüşü keçiriləcək. Görüşdə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açılacaq, şairlər vətən, torpaq, Azərbaycan haqqında şeirlərini söyləyəcəklər. Sonda incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31