Dünyanın ən dəbli xanımı
Hollivud aktrisası Kristen Stüarta çatan olmayıb
1 May 2013 20:12 Mədəniyyət"Alatoran" filmilə tamaşaçıların sevimlisinə çevrilən Hollivud aktrisası Kristen Stüart ən dəbli xanım seçilib. ANS PRESS-in verdiyi xəbərə görə, bununla bağlı Britaniyanın məşhur jurnallarından biri sorğu keçirib.
Ən dəbli məşhurların arasında yer alan 23 yaşlı aktrisa Emma Uotsonu və Kembric hersoginyası Keyt Middltonu qabaqlayıb. Onlar üçüncü və dördüncü yerləri bölüşdürüblər. İlk beşliyi "Spiderman" filminin ulduzu Emma Stoun və müğənni Teylor Svift qapayıb.
Top-50-yə Pippa Midlton, aktrisa Bleyk Layvli, Lili Kollinz və Kira Naytli, supermodel Keyt Moss, dizayner Viktoriya Bekhem, müğənnilər Çeril Koul, Beyons, Keti Perri və başqaları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31