İstanbul Shopping Festivalının tanıtım mərasimi keçirilib
1 May 2013 18:11 MədəniyyətBu gün Bakıda 8-30 iyun tarixlərində keçiriləcək İstanbul Shopping Festivalının tanıtım mərasimi keçirilib. "Olaylar"ın məlumatına görə, tanıtım mərasimində festivalın Təşkilat Komitəsinin sədri Vahab Küçük, TRT-nin ümumi müdiri İbrahim Şahin, TRT-nin Bakıdakı təmsilçisi Yüksel Dəyərcan, Təşkilat Komitəsinin üzvü Hüseyin Doğan, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan və azərbaycanlı sənətçilər Alim Qasımov və Tünzalə Ağayeva, Mila Kərimli və Türkiyədən gəlimiş TRT-nin "Axşam Səfası'' qurupu da- iştirak edib. İstanbul Shopping Festivalının təşkilat komitəsinin sədri Vahab Küçük bu il 3-cü dəfə keçiriləcək, alış-veriş və əyləncə festivalının məqsədinin İstanbul şəhərinin dünyaya daha yaxşı tanıdılması olduğunu söyləyib. Onun sözlərinə görə, keçən ilin iyun ayında festivalla bağlı İstanbula gedən azərbaycanlıların sayı 35 % artıb. Festifalın keçirilməsinin əsas məqsədin İstanbulun dünyanın alış-veriş mərkəzlərindən birinə çevirmək olduğunu açıqlayan V.Küçük bu il festivala qatılan turistlərə yeni bir xidmət təqdim olunacağını da qeyd edib.