Zərifə Əliyevaya həsr olunmuş sərgi açılıb

Görkəmli oftalmoloq alim, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi  tədbirləri çərçivəsində "Qalereya 1969" salonunda Mədəniyyət və Turizm Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış rəssamlarının əl işlərindən ibarət sərgi açılıb. 
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatı Fuad Muradov, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri iştirak ediblər. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31