Bakı Uşaq Teatrında növbəti premyera nümayiş olunub

"Bakı Uşaq Teatrından "OLAYLAR"a verilən məlumata görə, "Ağıllı Uzunqulaq" tamaşasının quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.
5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tamaşada hadisələr heyvanlar arasında baş verir. Tülkü və Canavarın hücumlarına məruz qalmış heyvanlar onlara qarşı öz birliklərini yaradırlar. Birliyin rəhbəri hamıdan çox səbirli olan Uzunqulaq seçilir. Öz iclaslarını Xoruzla Toyuğun hinində keçirən heyvanlar elə bu hində də Tülkü və Canavarın növbəti hücumuna məruz qalırlar. Xeyrin şər üzərində qələbəsi prinsipinə əsaslanan klassik formada finala çatan tamaşanın sonunda Tülkü və Canavar bu birliyə qatılırlar. 
Rollarda Niyaz Qasımov ( Uzunqulaq), Tural Ələkbərov (Xoruz), Vüsalə Bəşirova (Toyuq), Könül Şahbazova (Tülkü), Rauf Şahsuvarov (Canavar) , Xəyalə Meydanova( Pişik), Elmir Mehdiyev (İt), Cavanşir Məhərrəmov (Qoyun), Rauf Hüseynov (Keçi), Könül Abbasova (Keçi) oynayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31