Azərbaycanlı müğənni cəbhə bölgəsindəki hərbçilərə kömək üçün aksiya Başlatdı

Məşhur azərbaycanlı müğənni Rəqsanə İsmayılova Rusiyada yaşamasına baxmayaraq “Dağlıq Qarabağda təmas xəttindəki hərbi hissələrə yardım” aksiyasına başlamağa qərar verib.

Məşhur azərbaycanlı müğənni Rəqsanə İsmayılova Rusiyada yaşamasına baxmayaraq "Dağlıq Qarabağda təmas xəttindəki hərbi hissələrə yardım" aksiyasına başlamağa qərar verib.

Bu barədə müğənni "Sputnik Azərbaycan"a bildirib.

"Dövlətimiz hərbçilərə ehtiyac duyduğu hər şeyi təmin edir, amma yenə də bir xeyriyyə aksiyası keçirməyə qərar verdim. Rusiyada yaşayan bütün azərbaycanlıları, eləcə də yəhudi dostlarımı bu aksiyaya qoşulmağa çağırıram", - deyə o, bildirib.

 
Посмотреть эту публикацию в Instagram

 

 
 

Şübhəsiz ki, Azərbaycanın güclü ordusu var. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi nəticəsində bu gün ordumuzun heçnəyə ehtiyacı yoxdur. Ancaq mən, qəribdə yaşayan, ürəyi xalqı ilə döyünən ana kimi əlimdən nə gəlirsə, etmək istəyirəm. Bacardığım qədər ordumuza dəstək olmağa çalışıram. Uzaqda olsam da ürəyim, nəfəsim millətimin yanındadır. Mən də vətən həsrətimi, qələbə əzmimi bu kiçik aksiyamla bəyan etmək istəyirəm. Yaşasın Azərbaycan, Yaşasın Ordumuz. Elage nomre +7(916)196-69-66 Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! 

Публикация от Rəqsanə İsmayılova (@raksana_official) 1 Окт 2020 в 9:00 PDT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31