Məşhur vokalçı Eldar Əliyev son mənzilə yola salındı

İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.

İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.

Dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilmişdir.

Vida mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31