Amerikada yaşayan azərbaycanlı aktyor,tanınmış sirk artisti Üzeyir Novruzov:“Anam və Azərbaycanım üçün dua edirəm”.

Xaricdə yaşayan tanınmış azərbaycanlılar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə səsləyiblər.

Xaricdə yaşayan tanınmış azərbaycanlılar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə səsləyiblər.

Hazırda Almaniyada yaşayan,İrəvan xanının nəslinin davamçısı Əmir Əli Sərdari İravaniErmənistan Ordusunun cəbhə xətti boyunca növbəti təxribatını qınayıb və münaqişənin köklərinin hardan qaynaqlandığına dair öz fikirlərini bölüşüb : "Avropa  ölkələri 20-ci ərsin əvvəllərindəOsmanlı dövlətini zəiflətmək üçün hər vəcdlə müsəlman şərqində xristian dövləti yaratmağa çalışırdılar. Romanovlar sülaləsinin süqutunu və Böyük Rus inqilabını fürsət bilən ermənilər Qarabağın Dağlıq hissəsində muxtariyyət statusu almağa müvəffəq oldular. Bugünkü münaqişələrin əksəriyyətinin kökü məhz Birinci dünya müharibəsindən öncəki illərə gedib çıxır. Bu münaqişələrin həlli üçün həmin dövrün tarixinin araşdırılması zəruridir".

Rusiya Böyük teatrın solisti, tanınmış opera ifaçısı Elçin Əzizov  da Ermənistanın cəbhə xətti boyunca törətdiyi növbəti təxribata biganə qalmayıb. Şəxsi sosial şəbəkə hesabında Azərbaycan bayrağının rənglərində olan xəritəmizi paylaşıb.

Tanınmış sirk artisti, Azərbaycanın "Çarli Çaplin"i  , Amerikada yaşayan azərbaycanlı aktyor  Üzeyir Novruzovşəxsi sosial şəbəkə hesabında yazır: "Məni iki şey narahat edir-anam və vətənim Azərbaycan. Azərbaycanda müharibə gedir və anam orda yaşayır. Mən anam və Azərbaycanım üçün dua edirəm. Allah şəhidlərə rəhmət eləsin!"

Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır Şöbəsinin sədri İlteriş Kağan Taşkınsu da Tweeter hesabında "Qarabağ Azərbaycandır!" şüarını paylaşaraq  Azərbaycana dəstəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31