Şok ittiham: "Muhteşem yüzyıl" oğurluqda suçlandı

Türkiyənin tanınmış yazıçılarından biri Kevser Yeşiltaş TİMS Production studiyasını məhkəməyə verib. milli.Az AHT-yə istinadən bildirir ki, studiyanın çəkdiyi və hazırda Türkiyə ilə yanaşı, dünyanın 26 ölkəsində ən populyar seriala çevrilən "Muhteşem yüzyıl"ın ssenari müəllifləri ilə prodüserləri oğurluqda suçlanıblar.
İstanbuldakı Əqli Mülkiyyət Haqları Məhkəməsinə müraciət edən Kevser Yeşiltaşın şikayət ərizəsində bildirir ki, "Muhteşem yüzyıl"ın 67, 73 və 83-cü seriyalarında Parqalı İbrahim Paşanın arvadı Hadice Sultana oxuduğu şeir və mətnlər yazıçının Həllac Mənsurla bağlı yazdığı kitabından oğurlanıb, plagiat qismində, heç bir xəbərdarlıq və icazə olmadan istifadə edilib.
K.Yeşiltaş AA-ya verdiyi açıqlamasında deyib ki, 2010-cu ilin may ayında çap olunmuş "En'el Hak Gizli Öğretisi-Hallac-ı Mansur" adlı kitabında yer almış "Öyle sırlar vardır ki arar durursun ömrün boyunca", "Kırılmış tüm kanatlarım" və "Ateş gibi yaktı mı hiç seni?" adlı şeirlər mətnlərdən "Muhteşem Yüzyıl"ın 67, 73 və 83-cü seriyalarında icazəsiz, rüsxətsiz və müəllif hüquqlarının pozulması ilə istifadə olunub.
"Seriala ilk mövsümdə baxdım, sonra seyr etməyə vaxtım olmadı. Kitabımdakı şeirlərdn icazəsiz istifadə olunduğunu, daha doğrusu, oğurluq faktlarını da dostlarım mənə dedilər. Prodüserlərə və studiyaya məktub yazıb xahiş etdim ki, əgər şeirlərdən istifadə olunursa, onda serialın titrlərində kitabımın adı yazılsın. Kimsə mənə qulaq asmadı.
Mən də hüquqlarımı qorumaq üçün məhkəməyə üz tutdum. Serialı çəkənlər, yəqin, o şeirləri Həllac Mənsurun yazdığını düşünürlər. Lakin o şeirlər mənimdir. Serialda əvvəllər Mövlanadan, Divani-Kebirdən şeirlər səslənmişdi və adlar da çəkilmişdi. Adımın çəkilməsini yox, Həllac Mənsura da sayğı göstərilməsini istəyirəm. Adımı çəkməsəydilər, "şeirlər filan kitabdandır" desəydilər, vallah, bəsimdi. Amma bunu da etməlilər. Aktyor Okan Yalabıkın o şeirləri söyləməsini çox bəyəndim. Di gəl, məllif hüququ deyilən anlam var", - Yeşiltaş deyib.
Kevser Yeşiltaşın kitabının 174-cü səhifəsində yer alan, "Muhteşem yüzyıl"ın 73-cü seriyasında səslənən şeir budur:
"Öyle sırlar var ki ararsın durursun ömrün boyunca
Gösterdiğin çaba ve liyakate göre bulduğunu zannedersin
Ne zaman ki, vazgeçersin dalarsın dünya işlerine
İşte o zaman sana gelir o tüm aradığın sırlar bir bir peşi sıra
İnsanlar buna mucize derler, sen ise saklarsın yüreğinde.
Ne aradığını bilene, bir çiçeğin akşam vakti örtünüp

Sabah güneşi ile yapraklarını alabildiğince açışı bile yeter
Ne zaman ki, gölgeden vazgeçmiştir peşinde olmaktan,
Güneş olması gereken en yüksek noktadadır,
Sırrın sır olmadığını anladığın vakit İşte olman gereken en iyi durumdasındır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31