Teleaparıcı haqqında yayılan şayiəni təkzib etdi
2 May 2013 02:41 MədəniyyətTürkiyəli aktirisa və aparıcı Pınar Altuğun haqqında şayiə yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, guya o, aparıcılıq etmək istədiyi verilişin 1 gününə 25 min türk lirəsi istəyib. Bu məlumatı eşidən Pınar xəbəri təkzib edərək qəzəblənib: "Haqqımda belə bir xəbərin yayılması heç də inandırıcı deyil. Çünki kanallarda aparıcılıq edən heç bir teleaparıcıya 25 min lirə pul vermirlər. Mənə həftədə bir dəfə veriliş aparmağı təklif ediblər. Mən də 21 illik təcrübəmə güvənərək öz şərtlərimi irəli sürdüm. Allaha şükür edirəm ki, hələ ağlımı itirməmişəm. Çünki yeni açılmış kanaldan çox pul istəmək düzgün deyil. Onsuz da sözügedən kanalın şərtləri ilə razılaşıb verilişi aparmayacam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31