Bəyimxanım qayıtdı... VIDEO

"Səmimi desəm, daxırmışdım"

Yaradıcılığında durğunluq yaşayan müğənni Bəyimxanım Vəliyeva tənbəlliyə son qoyur. Bəyimxanım ANS PRESS-ə müsahibəsində yenidən səhnə fəaliyyətinə başladığını bildirib: "Bir neçə il öncə "Yollara yağış yağır" mahnısını ərsəyə gətirmişdim. Yenidən bu mövzuya qayıtdım. Musiqisi Ruslan Səfəroğluna, sözləri Sona Vəliyevaya məxsus "Narın yağış" adlı mahnısını yazdırmışam. Çoxdandır ürəyimcə olan mahnı ifa etmirəm. Səmimi desəm, daxırmışdım. Ərsəyə gətirdiyimiz yeni mahnı ifa tərzimə uyğun olduğu üçün səsləndirdim. Ümidvaram ki, dinləyicilər də çox bəyənəcək".

Yeni layihələrə start verən müğənni bu yaxınlarda sosialyönümlü işlərə də imza atacaq: "Növbəti mahnımız narkotikə "Yox" deyəcək. Sözləri Sona Vəliyeva, musiqisi Novruz Aslana məxsus "Uçurum" mahnısında dərin bir məna var. Mahnı hazır olsa da, layihənin son tamamlanma işləri gedir. Yaxında ətraflı məlumat verəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31