Roza Zərgərlinin oğlunun məşhur aparıcı ilə səmimi FOTOLARI

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov aparıcı Aida Cəbiyeva ilə Balaxanıda romantik fotosessiya etdirib.

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov aparıcı Aida Cəbiyeva ilə Balaxanıda romantik fotosessiya etdirib.

Olaylar.az xəbər verir ki, cütlüyün instaqramda paylaşdığı fotolar maraqla qarşılanıb. İzləyiciləri onların bir-birinə yaraşdığını və sevgili olduqların desə də, Aida Cəbiyeva bu söz-söhbətlərə belə cavab verib:

"Yurdumun hər qarışının gözəlləşmesi hər birimizi ruhlandırır. Biz də sadəcə maraqlı bir iş ortaya qoymaq istədik. Baxın, gözünüz-könlünüz açılsın, Balaxanıda ilk biz foto çəkdirdik demirik. Amma əminəm ki, ən gözəl fotolar bizə aiddir. Çünki iki fərqli üslubu olan fotoqrafla işlədik.

P.S. heç bir cütlük səhifəsi paylaşıb yaraşırlar sualını yazmasın!".

Qeyd edək ki, aktyorlar "İmtahan" serialında rol alıb. Bu mövsüm Corc Qafarov "Ata ocağı", Aida Cəbiyeva isə "Qız atası" serialında rol alacaq.

Fotosessiyanın müəllifi Elşən Adiloğlu və Tamerlan Səməddir.

məddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31