Cem Yılmaz hər kəsi qəhqəhələr içində boğdu
30 Aprel 2013 18:58 MədəniyyətTürkiyənin məşhur komediya ulduzu, şoumen Cem Yılmaz ötən gün evlilik həyatı haqda maraqlı açıqlamalar verib. "OLAYLAR"ın Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, evləndikdən sonra həyatında köklü dəyişikliklərin olduğunu deyən Yılmaz düşdüyü durumun çətinlikləri haqda da danışıb: "Öncələr tam sərbəst insan idim. Harasa gedəndə kiməsə hesab da vermirdim. Amma indi səhnəyə çıxmazdan öncə həyat yoldaşım "hara gedirsən" deyə soruşanda ona hesab verməli oluram". Daha sonra övladının dünyaya gəlməsi haqda danışan Cem Yılmaz bu haqda da maraqlı açıqlama ilə diqqətləri özündə cəmləşdirib: "Valideyn olmaq gözəl duyğudur. Oğlum daxili keyfiyyətlərinə görə anasına, xarici gözəlliyinə görə isə atasına oxşayır. Övladımız beləcə dünyaya gəldi. Həyat yoldaşımla bir yerdə səhvə yol verdik, amma harda bilmirəm. Bir zamanlar mən də bütün valideynlər kimi "mənimki belə uşaqdır" deyəcəyimi düşünməzdim. Elə oğlum da 4 milyard uşaq kimi "ata, sən işə gedirsən. Mən sənin üçün darıxacağam" sözlərini deyir". Artist bundan başqa evdə olan, anidən yaranan bir çox "nöqsanlar"da da günahsız Kemalı təqsirləndiyini söyləyib: "Nəsə bir şey olanda "Bu nədir Kamal, səndə heç utancaqlıq hissi yoxdur? deyə onunla zarafatlaşıram".