“UÇURUM” və “BİR QADIN” serialları yeni mövsümdə
Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. Oscar Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir. Olaylar.az bildirir ki, Azərbaycan teleməkanında maraqla izlənən, “Youtube” kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı “UÇURUM” serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxır.
22 Sentyabr 2020 13:56 MədəniyyətBu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. Oscar Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.
Olaylar.az bildirir ki, Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri - qalmaqallı "UÇURUM" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxır.
Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "BİR QADIN" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayıb. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.