Dünyaca məşhur müğənnini fanatlar pərt etdilər

Tanınmış amerikalı müğənni Beyns Nuls dünən Londondakı O2 arenasında konsert verib. Mrs Carter show dünya turnesi çərçivəsində keçirilən konsertdə bloqerlər, jurnalistlərə pərəstişkarların səhnədəki müğənninin fotolarının çəkilməsinə maksimum dərəcədə çətinliklər yaradılıb. Milli.Az Radar Online-a istinadən bildirir ki, 31 yaşlı müğənni konsert və şoularında yalnız öz fotoqrafının çəkdiyi fotoların yayılmasına icazə vermişdi.
Fəqət, Facebook və Twitter-də konsertlə bağlı minlərlə fotolar yayılıb.
Beyonsun pərəstişkarları müğənninin absurd yasağına bu minvalla etiraz ediblər.
"Beyons bu fotoları görüb pərt olub və buna əsla şübhə etmirəm. O anlamalıdır ki, şou və konsertlərdə fotoların çəkilməsinə hər hansı yasağın qoyulması indiki sosial şəbəkələr dövründə gülüncdür", - məşhur fotoqraf və bloqer Naom Qalay yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31