Əbülfəs Qarayev Yunanıstanın xarici işlər nazirini qəbul edib
30 Aprel 2013 18:20 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs QarayevYunanıstanın xarici işlər naziri Dimitris Avramopoulosu qəbul edib. Görüş zamanı Yunanıstan və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əldə edilmiş inkişaf və perspektivlər müzakirə olunub. Dimitris Avramopoulos 2004-cü ildə Yunanıstanda Afina Olimpiya oyunları keçirilərkən, habelə 2005-ci ildə Azərbaycana turizm naziri kimi səfəri zamanı nazir Əbülfəs Qarayevlə görüşlərini xatırlatmış, həmin vaxtdan formalaşan səmimi dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz növbəsində Dimitris Avramopoulosa təşəkkürünü bildirərək qarşılıqlı münasibətlərin daha da genişlənməsinin, davamlı inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın intensivləşməsi və qeyd olunan səhələr üzrə konkret layihələrin həyata keçirilməsi barədə fikir müdabiləsi aparılıb.