Evin istənilməyən gəlini Rihanna

Məşhur müğənni Rihanna haqqında maraqlı məlumatlar yayılıb. "2009 Grammy" mükafatının təqdim olunması gecəsindən bir neçə gün əvvəl Rihannanı xəstəxanalıq edən sevgilisi Kris Braunun atası İngiltərənin "The Sun" qəzetinə etiraf edərək ondan xoşlanmadığını bildirib. Cütlüyün sevgi əlaqələrinin uzun müddət davam etməyəcəyini deyən ata Braun Rihanna ilə oğlunun eyni xarakterə sahib insan olduqlarını deyib. Klinton həmçinin oğlunun yeni sevgilisi Karruçe Tran barəsində də danışıb. Ata iddia edir ki, oğlunun yeni sevgilisi ilə də münasibətləri elə də uğurlu alınmayacaq: "Lakin Tran Rihannadan yaxşı gəlindir!" Klinton Braundan fərqli olaraq Rihannanın atası Ronald Fenti isə qızı ilə repçinin bir-birlərini yaxşı başa düşəcəklərini demişdi. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31