Rəqsanə Aygün Kazımovanın paltarından geyindi
Müğənni xalq artisitinin geyiminə bənzəyən donunun qızının əl işi olduğunu deyib
30 Aprel 2013 12:54 MədəniyyətBarəsində cinayət işi açılaraq axtarışa verilən müğənni Rəqsanə İsmayılova yenə Moskvada toyda iştirak edib. ANS PRESS-in məlumatına görə, müğənni "Facebook" səhifəsində toyda müğənni həmkarı Xəyyamla olduğunu yazıb. Toyda əsas diqqət mərkəzində onun geyimi olub. Belə ki, onun geyimi xalq artisti Aygün Kazımovanın "Türkiyə Musiqi Ödülləri" mükafatlandırma mərasiminə geyindiyi libasa oxşar olub.
Rəqsanə özü isə səhifəsində "Mən bu toya Aysunkamın əl işindən olan gözəl bir paltar geyindim. Bu artıq qızımın mənim üçün hazırladığı dördüncü paltarıdır. Necədir? Sizdə bəyəndiniz?", yazıb.
"Qafqazinfo"nun məlumatına görə, Rəqsanə qızı Aysunun bu paltarın dizaynını ötən ay düşündüyünü deyib. "Son bir həftədə tikib, hazır edib. Məclislərə geyindiyim sonuncu ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətini itirirmək yox, dəyər verilməsini isəyirəm. Sadəcə, hər iki paltarın parçasında oxşarlıq var və oxşarlıq da bu səbəbdən yaranıb".
Rəqsanə Aygün Kazımova ilə münasibətlərindən də danışıb: "Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir".