Azərbaycanlı müğənni ərə getdi
30 Aprel 2013 12:00 MədəniyyətO, Azərbaycan əsilli türk vətəndaşı ilə ailə qurdu. Milli.Az xəbər verir ki, aprelin 29-da daha bir müğənni subaylıqla vidalaşacaq. Həmin xanım yaradıcılığını Türkiyə şou-biznesində davam etdirməyi qarşısına məqsəd qoymuş Elyanə Əhmədovadır.
Elyanənin sevib-seçdiyi gələcək həyat yoldaşı Azərbaycan əsilli, türk vətəndaşı Mert Arslandır.
Onlar bir neçə ay bundan əvvəl İstanbulda fəaliyyət göstərən TMB telekanalında birgə çalışıblar. Çox keçməyib ki, iş yoldaşı münasibəti sevgi ilə tamamlanıb.
Əməkdaşımızla söhbətində Elyanə gələcək həyat yoldaşı barəsində bunları söylədi: "Mert əslən azərbaycanlıdır. Ata tərəfi Gəncə şəhərindəndir. İllər öncə babası Türkiyəyə köçüb və orada ailə qurub. İxtisasca rejissordur. Onu həqiqətən sevirəm. Müğənni kimi yaradıcılığımı davam etdirməkdə mənə yardım edəcək əsas insan da məhz o olacaq". Qeyd edək ki, Bakıda baş tutacaq qız toyunun davamı iyun ayında İstanbulda təşkil olunacaq.