Polis Rəqsanəni axtarır, o isə...
30 Aprel 2013 11:39 MədəniyyətMüğənni Rəqsanənin məclislərin birində geyindiyi libası ötən gün sosial şəbəkələrdə müzakirə edilib.
Bəzi saytlar bu müzakirədən belə qənaətə gəliblər ki, Rəqsanə bu geyimini xalq artisti Aygün Kazıımovanın "Türkiyə Musiqi Ödülləri" mükafatlandırma mərasiminə geyindiyi libasa oxşarıdır. "Qafqazinfo"nun məlumatına görə, Rəqsanə bu məsələni belə şərh edib: "Qızım Aysunun əl işidir. Aysun bu paltarın dizaynını ötən ay düşünüb. Son bir həftədə tikib, hazır edib. Məclislərə geyindiyim sonuncu ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətini itirirmək yox, dəyər verilməsini isəyirəm. Sadəcə, hər iki paltarın parçasında oxşarlıq var və oxşarlıq da bu səbəbdən yaranıb".
Rəqsanə Aygün Kazımova ilə münasibətlərindən də danışıb: "Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir".