Bu da “Toppuş bacı”nın nişanlısı - FOTO
30 Aprel 2013 11:36 MədəniyyətDünən "həri"si verilən "Toppuş bacı"nın, daha doğrusu Tünzalə Əliyevanın toy tarixi bəllli olub.
Əməkdar artist ANS PRSS-ə açıqlamasında, toyun yayın ilk aylarında olacağını dedi: "Günü dəqiqləşdirməmişik, amma oğlan toyu iyunda olacaq."
Tünzalə xanım gələcək həyat yoldaşı haqqında məlumat verməkdən boyun qaçırdı: "Nə yaşını, nə adını demək istəmirəm. Bircə onu deyə bilərəm ki, bir azərbaycanlı oğuludur. Sənət aləmindən deyil. Tamam başqa sahənin adamıdır.
"Qafqazinfo" cütlüyün Facebook sosial şəbəkəsində yayımlanan fotolarını təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31