Hürrəm Sultan Türkiyədən narazıdır VIDEO
Aktrisa Məryəm Üzərli serial vaxtlarının uzun olmasından şikayət edib
30 Aprel 2013 10:18 MədəniyyətTürkiyənin "Star" telekanalında nümayiş olunan "Muhteşem Yüzyıl" (Möhtəşəm Əsr) serialında Hürrəm sultan obrazını canlandıran Məryəm Üzərli "Ən yaxşı dram aktrisası" nominasiyasında mükafata layiq görülüb. Antalya televiziyasının təşkilatçılığı ilə keçirilən tədbirdə mükafatını almaq üçün səhnəyə çıxan Üzərli bir çox sahədəki narazılığını dilə gətirib. Bu mükafatı 3 ildir gözlədiyini deyən aktrisa Türkiyədəki serial vaxtlarının uzunluğundan şikayətçi olub."Türkiyədə seriallar çox uzundur. Bu da manyaklıqdır! 100 dəqiqə, 110 dəqiqə, 120 dəqiqə bir serial. Həyatda belə bir iş yoxdur. Lütfən, bütün kanallara deyirəm. Serial vaxtlarını 60, 50, 45 dəqiqəyə endirin. Hamımız xöşbəxt olaq. Çünki mən heç xoşbəxt deyiləm. Bu mükafatı isə 3 ildir gözləyirəm. Artıq bu mükafatı mənə layiq gördünüz".Məryəm Üzərlinin bu çıxışı tamaşaçıların alqışları və qəhqəhələri ilə qarşılanıb. Üzərli mükafatı almaq üçün səhnəyə doğru gedərkən qəribə hadisə baş verib. Aktrisanın sevgilisi Can Ateş səhnəyə getmək üçün ayağa qalxan Üzərlinin arxasına əli ilə vuraraq onu təbrik edib. Ateşin bu hərəkəti tədbirdə uzun müddət müzakirə mövzusu olub.