“Nazpəri Dostəliyevanın maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min ödəməsi tələb olunur”
Xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyevanı məhkəməyə verməsi haqda daha ətraflı müğənninin vəkili Şəfiqə Nağıyeva “OLAYLAR”a danışıb
29 Aprel 2013 14:02 MədəniyyətIlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında baş verən münaqişə ilə əlaqədar məhkəmə olacaq. Bu tərəflər arasında keçirilən ikinci məhkəmə prosesi deyil. Məhkəmə bitməyib, Nazpəri xanım da qələbə qazanmayıb. Bu işə elə-belə baxmaq olmaz. Tərəflərin məhkəmə işi dayandırılıb, heç bir tərəfin də qələbəsi elan edilməyib. Sadəcə o dəfə iddia ərizəsi səhv təqdim edildiyi üçün məhkəmə dayandırılıb. İlhamə xanım ərizəni polis idarəsinə təqdim etmişdi. Polis İdarəsinə təqdim edilən ərizənin forması başqa cür olur. Sonradan ərizə Yasamal Rayon Məhkəməsinə göndərildi. İddia ərizəsi cavabdehin yaşayış yeri üzrə təqdim edildiyi üçün ərizəni Nəsimi Rayon Məhkəməsinə göndərdik. Nəsimi Rayon Məhkəməsində keçiriləcək növbəti prosesdə "Nazpəri Dostəliyevanın şərəf və ləyaqətin, işgüzar nüfuzun müdaifəsi ilə bağlı qarşı tərəfə vurduğu zərərin ödənilməsi" ilə əlaqədar iddia ərizəsi təqdim etmişik. İddia ərizəsində Nazpəri Dostəliyevanın maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min ödəməsi tələb olunur. Məhkəmənin tarixi yəqin ki, dörd-beş günə təyin olunacaq.