Ayan: “Bu fotosessiya gündəmi partladacaq”

Gənc müğənni Ayan Babakişiyeva yeni fərqli fotossesiyaya hazırlaşır

Gənc müğənni Ayan Babakişiyeva "OLAYLAR"a verdiyi açıqlamasında yeni fotosessiyaları ilə gündəmi partladacağını deyib: "Hazırda yeni fotosessiyalar üzərində işləyirəm. Çox maraqlı olacağına, gündəmi partladacağına inanıram. Fotosessiya zamanı fərqli geyimlərdə maraqlı əşyalarla şəkillərim çəkiləcək. Fərqliliyi ilə bir-birindən seçilən əşyalar üzərimdə olacaq. Bu fotosessiya zamanı modelyerim Şəlalə xanım olacaq".

Müğənni bundan başqa yeni albom üzərində işlədiyini, musiqisi Xanım İsmayılqızına aid mahnının səsyazması ilə məşğul olduğunu da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31