“Planet Parni İz Baku” “Hər gün sirk”i təqdim etdi

Üç gün ərzində Heydər Əliyev adına Respublika Sarayında “Hər yerdə sirk”i təqdim edən Planet Parni iz Baku konserti yekunlaşdırıb

"OLAYLAR"ın verdiyi məlumata görə, yeni-yeni yumorlarla tamaşaçılarını sevindirən "Planet Parni İz Baku" "Hər gün sirk" adlı konsertində də "Həyatın Qaynar Xətti", "İcra başçılarının hazırlıq kursu", "Xəbərlər", "Hər gün sirk", "Mədəniyyət günləri" kimi maraqlı rubrikalarla tamaşaçılarını sevindirib. Bundan başqa konsertdə "Ay Zaur" proqramı, məşhur prodüsser Tolik də təlqin edilib. Konsertə dəvətli qonaqlar sırasında isə Xalq artisti İlhamə Quliyeva, şoumen Murad Dadaşov, Tolik və digər tanınmışlar var idi. Xatırladaq ki, "Hər gün sirk" adlı konsert mərhum aktyorumuz Yaşar Nuriyə həsr olunub. Qeyd edək ki, "Planet Parni İz Baku"nun bu konsertinin diskləri satışa çıxarılmayacaq. Qrup heyətinin bu tamaşalarını yalnız kinoteatrlarda izləmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31