Nazpəri Dostəliyeva telekanalların efir qadağasından danışdı
29 Aprel 2013 13:19 MədəniyyətArtıq bir neçə gündür ki, xalq artisti Nazpəri Dostəliyevanın Azərbaycan Dövlət Televiziyasına, "Space", "Lider" telekanallarına çəkilişlərə və efirə buraxılmadığı haqqında xəbərlər səngimək bilmir.
Modern.az saytı yayılan məlumatları dəqiqləşdirmək məqsədi ilə müğənninin özünü sorğulayıb. N.Dostəliyeva bu xəbərləri təkzib edib. O bildirib ki, mətbuatın onun efirə buraxılmasına qadağa qoyulduğu barədə yazdığı məlumatların hamısı yalandır.
"Bunların hamısı şayiədir. Mən hər gün çəkilişdəyəm. Allah qoysa, görəcəksiniz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31