Meryem Uzerli: “Xoşbəxt deyiləm”

Ötən gün Antalya televiziya mükafatlarının təqdimetmə mərasimində “Muhteşem Yuzyıl” serialının Hürrəm sultanı olan Meryem Uzerli dramatik serialların “ən yaxşı qadın aktrisa”sı mükafatına layiq görülüb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə  ötən gün dramatik, komediya tipli ekran əsərləri sırasında"Muhteşem Yüzyıl", "İşler gücler" kimi məşhur seriallar da mükafata layiq görülüb. Bir zamanlar bu mükafata layiq görülmək istədiyini, lakin hər zaman arzusunun ürəyində qaldığını deyən Meryem Uzerli istəyinə çatsa da özünün xoşbəxt hiss etmədiyini söyləyib: "Bir zamanlar bu mükafata layiq görülmək istəyirdim. Amma hər dəfə arzum ürəyimdə qalırdı. Kimsə məni ciddiyə almaz deyə düşünürdüm. Son olaraq çəkildiyim serialın biirnci, ikinci mösümündə də mükafatın təqdimedilmə mərasimini izləyərkən pis olmuşdum. Nəhayət ki, bu gün istəyimə çatdım. Amma bununla belə yenə də özümü xoşbəxt hiss edə bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31