İlhamə Nazpərini yenə məhkəməyə verdi

Bu dəfə ərizəni vəkil yazıb

Uzun müddətdir ki, aralarındakı qalmaqal səngiməyən xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın məhkəmə işindən xəbər var. Axşam.az-ın məlumatına görə, vəkil Şəfiqə Nağıyeva bildirib ki, İlhamə Quliyevanın qarşı tərəfə qaldırdığı iddia ərizəsini bu gün səhər məhkəməyə təqdim edib: 
"Ərizə formasını yazıb İlhamə xanıma təqdim etdim. O da oxuyub imzaladı. Artıq məhkəməyə təqdim etdik. Burada Nazpəri Dostəliyevaya qarşı bütün ittihamlar irəli sürülüb. İndi ilk məhkəmə gününün vaxtını gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31