Duşda sevişdiklərinə görə cəzalandırıldılar VIDEO
"Öyle bir geçer zaman ki" 369 min türk lirəsi cərimələnib
27 Aprel 2013 01:10 MədəniyyətTürkiyənin populyar teleseriallarından olan "Öyle bir geçer zaman ki" serialı ağır cəza alıb. ANS PRESS-in sondakikahaberleri.info.tr saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Radio Televizyon Üst Qurumu (RTÜK) teleserialın 2 ay əvvəl yayımlanmış seriyalarının birində yer almış duş altında sevişmə səhnəsinə görə "Kanal D"ni 369 min türk lirəsi məbləğində cərimələyib. Cərimənin bir qismini teleserialı çəkən studiya ödəməlidir.
"Öyle Bir Geçer Zaman ki" teleserialının fevralın 12-də nümayiş edilmiş seriyasında Soner və Bahar obrazları duşda sevişiblər, çılpaq halda bir-birlərinə sarılıblar. Eyni bölüm fevralın 19-da saat 20:50-də yayımlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31