Hülya və Kənanın səsləndirdiyi cizgi filmin təqdimatı olacaq

Uzun müddət başları Türkiyədə yenicə çəkilən “Dinottera” cizgi filminin dublyajına qarışan məşhur müğənnilər Hülya Avşar və Kənan doğulu artıq filmin təqdimatına hazırlaşırlar

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il ilk dəfə təqdimatı olan cizgi film uşaqlar tərəfindən böyük sevgi ilə qarşılandı. Hülya Avşarla Kənan Doğulunu ilk dəfə bir araya gətirən layihənin təqdimatı isə 30 aprel tarixndə olacaq. "Dinottera" cizgi filminin təqdimatına bir çox məşhur simaların da övladları ilə birgə qatılacağı gözlənilir. Ən maraqlı məqam isə gecəyə Hülya Avşar və Kənan Doğuluyla yanaşı onun qardaşı qızı Arya Doğulunun da ev sahibliyi etməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31