Orxan Gəncəbay qəlbinin qırılmasından şikayətləndi
Son zamanlar səhhətində problemlər yaşayan məşhur müğənni Orxan Gəncəbay ona qarşı sənət yoldaşlarını söylədiyi fikirlərə görə, stress yaşadığını deyib
26 Aprel 2013 18:51 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Orxan Gəncəbay son zamanlar sənət yoldaşlarının ziyafətlərinə qatılmamasının da səbəbini məhz həmin amillə izah edib: "Hamısını deməzdim, amma elə sənət yoldaşlarım var ki, bu illər ərzində mənə qoyulan hörməti heç ediblər. Buna görə, bu cür görüşlərdən imtina edirəm. Bəziləri məni yamsılayaraq xoşagəlməz səslər çıxartdı. Mən məgər belə oxumuşam?" Qeyd edək ki, sənət yoldaşlarının ona qarşı etdikləri hörmətsizlikdən gileylənən müğənninin səhhətində də müəyyən problemlərin olduğu söylənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31