Sinem Kobalı dini mərasimdə görüntülənib
Hər zaman İspaniyanın Atletiko Madrid futbol klubunda forma geyən türkiyəli futbolçu Arda Turanla yaşadığı sevgi macəralarına görə gündəmə gələn aktrisa Sinem Kobalının dini mərasimdə görüntülənməsi böyük marağa səbəb olub
26 Aprel 2013 15:46 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktrisanın bilinməyən tərəflərindən biri də onun bu cür mərasim və görüşlərə marağının olmasıdır. Mövlanə Cəmaləddinin fəlsəfəsindən təsirləndiyini deyən Kobalı bunun üçün görkəmli şəxsin Konya şəhərində yerləşən məkanını da ziyarət edib. Ziyarət etdiyi məkanda gördükləri və eşitdiklərindən təsirləndiyini söyləyən Sinem Kobalı bu cür mərasimləri çox sevdiyini vurğulyaıb. Konyaya səfəri çərçivəsində ona qarşı göstərilən qonaqpərvərlik hissindən məmnun olduğunu ifadə edən Kobalı onun üçün hazırlanan ləziz təamları da nuşcanlıqla yeyəərk əməyi keçən hər kəsə təşəkkür edib. Dini dərslərdən sonra Konyadakı heyranları ilə şəkil çəkdirən məşhurun bu addımını üstüörtülü saxlaması da haqqında daha xoş fikirlərin səslənməsinə səbəb oldu.