Atası: “Kıvançın evlənməsini...istəyirəm”
Kıvanç Tatlıtuğun atası Edem Tatlıtuğ böyük oğlunun toy məclisində məşhur aktyor Kıvanç Tatlıtuğun da evlənməsini istədiyini söyləyib
26 Aprel 2013 15:27 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün böyük oğluna toy edən ata tezliklə Kıvançı da bu kürsüdə görmək istədiyini deyərək bu haqda fikirlərini bölüşüb: "Məcburi kimləsə ailə həyatı qurmaq olmaz. Belə şeylər sifarişlə ola bilməz. Könül düşdüyü yerdə olur. Kıvançın da evlənməsini, bol-bol nəvələrimin olmasını istəyirəm". Qeyd edək ki, ötən gün keçirilən toyda 150 qonaq iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31