Məşhur müğənnidən şok qərar

Amerikalı müğənni Beyons konsertlərindən çəkilən fotoların keyfiyyətindən narazı qalaraq radikal addım atıb. Milli.Az Radar Online-a istinadən bildirir ki, 31 yaşlı müğənninin qərarına görə, onun konsertlərində şəxsi fotoqrafından savayı kimsə, o cümlədən kütləvi informasiya vasitələrinin fotoşəkillər çəkməyə hüququ yoxdur.
 Yasaq müğənninin "Mrs.Carter" adlı dünya konsert turnesinə şamil edilib.
Ekspertlərin fikrincə, Beyonsun du qərarı onun durumunu pisləşdirə bilər. Reportyorlar konsertlərin fotolarını çox baha qiymətə Beyonsdan satın almaq əvəzinə, konsertdə tamaşaçıların çəkdikləri həvəskar video və foto materiallara üstünlük verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31