Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir
26 Aprel 2013 14:53 Mədəniyyət2013-cü il aprel ayının 24-dən 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən, "2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq milli kinonun təbliğini gücləndirmək və kino sahəsində beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan kino günlərində iştirak etmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Əməkdar İncəsənət Xadimi, rejissor Yavər Rzayev, Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Münəvvər Əliyeva və Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstana səfər ediblər. ("OLAYLAR"İA)