Heydər Əliyev və muzeylərimiz
26 Aprel 2013 14:51 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 30 aprel tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və muzeylərimiz" mövzusunda konfrans keçirəcək. Nazirliyin məlumatına görə,
tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin nümayəndələri, habelə Bakı və rayon muzeylərinin rəhbərləri iştirak edəcək.
Konfransın əvvəlində ulu öndər Heydər Əliyevin Azərbaycanın muzey işi tarixində göstərdiyi xidmətləri əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş etdiriləcək. Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Muzey işinin təşkilində innovasiyaların tətbiqi bölməsinin baş metodisti Pakizə Almazova "Heydər Əliyev və muzeylərimiz" adlı məruzə ilə çıxış edəcək. ("OLAYLAR"İA)