Sevgi varsa... - POEZİYA
26 Aprel 2013 14:45 MədəniyyətBu dünyada sevgi varsa
Demək xoşbəxtsən yaman,
Sevgi bənzər qızıl gülə
Onu qorumaq gərək
Sevgi sözü müqəddəsdi,
Əvəzsizdi gözəldi,
Daim onun qayğısını,
Nazını çəkmək lazım,
Sevginin gədrini bilmək,
Hər sevən üçün çox gərək,
Sevgi ucaldır insanı
Daim sevmək sevilmək
Sevgi sözü qiymətlidi,
Dəyərlidi, əzizdi
Daim o sevgini duymaq
Hər insançün şərəfdi,
Sevgi dolu hisslər bir tək
Cəmləşibdi ürəkdə,
Əsl sevgi heç vaxt ölməz
Hər an gəlblərdə yaşar,
Sevənlər sevib sevilsin
Daim bir yerdə olsun,
Hər zaman şahanə sevgi
Sizin olsun,Yaşasın.
Ən gözəl varlıq anadı
Onun dəyəri çoxdu
Ən müqəddəs söz anadı
Onun əvəzi yoxdu
Dünyaya gətirib məni
Əziyyətimi çəkib
Bətnində daşıyıb məni 9 ay qayğı ilə
Vətənə layıgli övlad, böyüdüb anam məni
Boya başa çatırıbdı
Lay lay deyib mənimçün
O lay lanın səsini eşitmək nə gözəldi
İncə lay lanın səsi gulağımdadı həmişə,
Tərbiyəli, mədəni, dürüst övlad böyütmək,
Hər ananın ürəyində bir istəkdi daima
Onun uğurları ilə sevinib
Və onunla fəxr etmək,
Heç bir ürək yananmaz
Ananın urəyi tək,
Ananın ürəyi hər an övladı ilə döyünür
Nigarandı hər an ana övladı üçün bir tək
Övladını xoşbəxt ana görmək istəyər hər an
Övladı dərddə olanda yanır ananın gəlbi
Fəryad qoparıb ağlayır və əzab çəkir yaman,
Ən doğma əziz adamdı dəyərsiz anam mənim
Hiss edib nazımı çəkir mənim fədakar anam
Sevgisi tükənmir heç vaxt övladcanlı anamın
Anamın sevgisi hər an yaşadır qanad verir,
O sevgi tək sevgi yoxdu bu dünyada heç yerdə,
Hərdən kefim olmayanda anam məni dinləyib
Əlini başıma qoyub dəyərli sözlər deyir
Sevgi məhəbbət hissi ana ürəyində boldu
Qurban olum anama ki,
Mənim qayğımı çəkir,
Məni sevir, məni duyur daima kömək edir
Allahdan sonra sənsən ən müqəddəs varlığım!
Ən sevimli ən yaxın ən istəkli varlığım!
Südünü halal elə anacan övladına
Anacan qurban olum sənin o nəfəsinə
Bir nəfəsin yetər mənə duymaq onu həmişə
Ehtiyacım var hər zaman o səsini eşitmək
Gözəl anam var ol hər an mənim üçün mənə görə
Mənə günəşim demə günəşdən gür saçıram
Mənə ulduzum demə ulduzdan parlağam mən
Mənə ayım demə aydan işıq saçıram
Mənə gülüm demə güldən gül qoxuram mən
Mənə maralım demə maraldanda gözələm
Mənə ürəyim demə ürəyimdə yerin bol
Mənə canım demə canın mənə əzizdi
Mənə gözüm demə gözünün nuru mənəm
Mənə sevgilim demə sevgin tək mənə aid
Mənə əzizim demə əziz insanın mənəm
Mənəm səni tək sevən sənin oduna yanan
Daima sənin yanında qalmaq istəyən biri
Nəfəsini hər an duymaq ürəyini oxumaq
Bu dünyada sən mənim ən böyük varlığımsan
Hər an könlüm sevinir sən yanımda olanda
Bəxş edirsən bu sevinci, mənə hər an həmişə
Səni sevmək səni duymaq nə gədərdə xoş imiş
Sevgim ruhlandırır məni hər an səni sevməyə
Bu həyatda sən mənim ən böyük hədiyyəmsən
Damarlarımda qanımsan, canımsan, ürəyimsən
Sənsiz bir anlıq belə yaşaya bilmərəm mən,
Həyatımın mənası gəlbimin sahibisən
Ürəyimin oğrusu könlümün sevincisən
Qürurumsan fəxrimsən ən doğma adamımsan
Səni sevirəm desəm nə edərsən mənə sən
Nə olar rica edirəm sev məni mənim gədər.
Leyla Namazova