“Uğur” 2012 Milli Mükafatının qalibi bəlli oldu

"Consulting and Business" jurnalı özünün ənənəvi "Uğur 2012" mükafatının təqdimetmə mərasimini keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə,   "AtaSığorta" ASC  "Sığortaçılığın inkişafına verdiyi töhfə" nominasiyası üzrə "Uğur 2012" Milli mükafatına layiq görülüb. Mükafat "AtaSığorta"  ASC  İdarə Heyətinin  sədri Müseyib Əliyevə təqdim olunub. Qeyd edək ki, "Uğur" Milli Mükafatı iqtisadiyyatın və biznesin müxtəlif sahələrinin inkişafında  və güclənməsində fəal iştirak edən şirkətlərə, iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31